Rusiya hakimiyyətində bir qrup var ki, onlar Azərbaycanla münasibətlərdə böhran yaradır - RƏY
Azərbaycan qanunvericiliyini pozmuş, fəaliyyəti rəsmi olaraq dayandırılmış media mərkəzi əməkdaşlarının (“Sputnik Azərbaycan”, - red.) kəşfiyyat xarakterli fəaliyyətinin, eləcə də Azərbaycan ərazilərini tranzit olaraq qeyri-qanunu daşınma kimi istifadə edən rus şəbəkəsinin ifşa edilməsinə qarşılıq olaraq Rusiya qisas mövqeyi nümayiş etdirir.
Bu fikirləri “Report”a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
O bildirib ki, bu qisas Rusiya cəmiyyətində kifayət qədər nüfuzu olan azərbaycanlı şəxslərə qarşı həyata keçirilir:
“Bu, əslində Rusiyanın bir dövlət olaraq davranışının nümayişidir. Rusiya böhran və gərginlik ərəfəsində həll yolları axtarmaq, təşəbbüslər irəli sürmək əvəzinə əzələ nümayişi və qisasçılığa əl atır”.
Y.Hacıyevanın sözlərinə görə, Azərbaycan diasporunun Uraldakı rəhbəri Şahin Şıxlinskinin saxlanılmasını birmənalı olaraq qisasçılıq aspektindən dəyərləndirmək lazımdır:
“Şahin Şıxlinski ümumilikdə xeyriyyəçi insan reputasiyasına malikdir. O, bu xeyriyyəçilik missiyası ilə sistemli olaraq məşğul olur, amma görürük ki, o Rusiyanın hazırkı siyasətinin qurbanı olur”.
Politoloq son iki gündə baş verən prosesləri də dəyərləndirib:
“Son iki günün proseslərindən belə qənaətə gəlmək olar ki, Rusiya hakimiyyəti daxilində hansısa bir qrup və dairələr var ki, onlar Azərbaycanla münasibətlərin daha da böhran vəziyyəti almasında son dərəcə maraqlıdırlar”.
Oxşar xəbərlər
Azərbaycanlı deputatın Valuyevə görə Rusiyaya buraxılmaması heç bir məntiqə sığmır - ŞƏRH
Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda saxlanılıb
Rusiya XİN: ATƏT böhran içindədir
Rusiya XİN: Bütün mübahisəli məsələlər yalnız sülh yolu ilə həll edilməlidir
Politoloq: Azərbaycan Cənubi Qafqazda Rusiyanın arxalana biləcəyi etibarlı geosiyasi oyunçudur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













