Sahibə Qafarova Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
iy
2025
20:50

Sahibə Qafarova Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib

11 iy, 2025
20:50
977

Sahibə Qafarova Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər çərçivəsində bu gün Srebrenitsa qurbanlarının xatirəsinə inşa edilmiş Memorial mərkəzə gəlib.

Bu haqda APA-ya Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan parlamentinin sədri və digər ölkələrdən olan qonaqlar, o cümlədən ölkə və hökumət rəhbərləri, parlament sədrləri və rəsmi nümayəndələr anım tədbirləri çərçivəsində əvvəlcə "Keçməmişlərin izi ilə" sərgisi ilə tanış olublar.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova anım salonunda başsağlığı kitabını imzalayıb.

Daha sonra Memorial mərkəzdə faciə qurbanlarının anım mərasimi keçirilib.

Nümayəndə heyətlərinin rəhbərləri faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək, Memorial abidənin önünə gül dəstələri düzüblər.

Milli Məclisin sədri mərasim çərçivəsində bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşüb, onlarla söhbət edib.

Bizimlə əlaqə saxlayın