Dövlət Departamenti: Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi
sizinxeber.az xəbər saytı

Dövlət Departamenti: Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi


ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus dövlət katibi Marko Rubionun Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid etdiyini ifadə edən bəyanatına münasibət bildirib.

Sizinxeber.az xəbər verir ki, Bryus ABŞ-ın bəzi məsələlərin həllində iştirak etdiyini bildirib.

"Dövlət katibinin bu bəyanatı verməsi vacib idi. Biz çoxlu razılaşmalardan, atəşkəsdən və iştirak etdiyimiz dəyişikliklərdən məmnunuq. Dövlət katibinin bunu deməyə əsası var idi və biz daha ətraflı məlumat alanda onları sizə təqdim edəcəyəm", - o vurğulayıb.

Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında tezliklə sülh razılaşmasının imzalanmasına ümid etdiyini deyib.

Oxşar xəbərlər

Dövlət Departamenti: Rusiya və ABŞ liderlərinin birbaşa ünsiyyəti zəruridir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Rubio ABŞ-ın Ukraynada sülh səylərindən geri çəkilə biləcəyini təsdiqləyib
Rubio Londondakı danışıqlarda iştirak etməyəcək
Bryus: ABŞ Ukrayna münaqişəsinin həllində irəliləyiş görür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər