Aİ rəsmisi: Yekaterinburqda azərbaycanlıların təqibi Rusiyada milli azlıqlara qarşı repressiyalara nümunədir
sizinxeber.az xəbər saytı

Aİ rəsmisi: Yekaterinburqda azərbaycanlıların təqibi Rusiyada milli azlıqlara qarşı repressiyalara nümunədir


Rusiya hakimiyyəti tərəfindən repressiyalar bütün təzahürlərdə - həm xarici, həm də daxili siyasətdə, o cümlədən etnik azlıqlara münasibətdə aşkardır.

Bu barədə “Report”un Avropa bürosuna Brüsseldə Avropa İttifaqı (Aİ) rəsmi nümayəndəsi Anita Hipper bildirib.

"Nəticədə zorakılıq, işgəncə və qeyri-insani rəftar baş verir ki, bu da insanların ölümünə səbəb olur", - o qeyd edib.

Azərbaycanlıların vəhşicəsinə öldürülməsi və yaralanması ilə nəticələnən Yekaterinburq hadisələri və digər şəhərlərdə sonrakı reydlərlə bağlı suala cavab verən A.Hipper qeyd edib ki, Rusiya güc strukturları tərəfindən etnik azərbaycanlılara qarşı zorakılıq, işgəncə və qeyri-insani rəftar barədə məlumatlarla bağlı narahatlığı daha əvvəl Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko ifadə edib.

Onun sözlərinə görə, bu, Aİ-nin rəsmi mövqeyi ilə tam üst-üstə düşür.

Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də bəyanatla çıxış edərək, araşdırma aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib. Daha sonra XİN-ə Rusiyanın müvəqqəti işlər vəkili çağırılıb, ona baş verənlərlə bağlı kəskin etiraz bildirilib.

Oxşar xəbərlər

Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib
Yekaterinburqda azərbaycanlılara qarşı törədilənlər etnik zəmində vəhşilik nümunəsidir - RƏY
Anar Bağırov: Rusiyada soydaşlarımıza qarşı törədilənlərin əsl adı vəhşilikdir, qeyri-insani rəftardır
Yekaterinburqda azərbaycanlılara qarşı edilənlər insan hüquqlarının kobud şəkildə pozulmasıdır – RƏY
"Haber Global": "Rusiyada Putinin liderliyi ilə şovinizm siyasəti daha sərt hal alıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər