Vəkillər Kollegiyası Yekaterinburq hadisələri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Vəkillər Kollegiyası Yekaterinburq hadisələri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat yayıb.
Azərbaycan Respublikası hüquqi dövlətdir və ölkəmizdə saxlanılan hər kəs yüksək keyfiyyətli hüquqi yardımla təmin olunur. Bu gün Rusiyanın bir sıra KİV-lərində son günlər ölkəmizdə həbs olunmuş RF vətəndaşlarının guya hüquqi yardımla təmin olunmaması barədə absurd və yalan məlumatlar yayılır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association sədri olaraq tam məsuliyyətlə bildirirəm ki, həbs olunan bütün şəxslər vəkillə təmin olunublar və onların hüquqi yardım almaq hüquqlarının pozulması ilə bağlı hər hansı müraciət, şikayət kollegiyaya daxil olmayıb. Həmçinin həmin şəxslərin özlərinin seçdikləri vəkillə müqavilə bağlamaqda da heç bir məhdudiyyət yoxdur. Əksinə, Rusiya vəkilləri Şıxlinskilərin döyülməsi, qorxudulması, şiddətə məruz qalması, Rusiyada həbs olunan soydaşlarımızın hüquqi yardımla təmin olunması ilə bağlı tərəfimizdən həm Rusiya Federal Vəkillər Palatasına Федеральная палата адвокатов Российской Федерации, həm də beynəlxalq təşkilatlara müraciət olunub. Vəkillərə qarşı təzyiq və gücün tətbiqi tamamilə yolverilməzdir və təqsirkar şəxslər buna görə məsuliyyətə cəlb olunmalıdırlar. Rusiya KİV-nin diqqətini isə bir daha vəkillər Şıxlinskilərə qarşı Yekaterinburq şəhərində Rusiya və Azərbaycan bayraqları altında baş verən demonstrativ terror aksiyasına cəlb edərək öz ölkələrində vəkillərin acınacaqlı durumunu işıqlandırmağa, obyektiv olmağa çağırırıq.
MƏLUMAT YENİLƏNİR ...
Oxşar xəbərlər
Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək
Anar Bağırov vətəndaş qəbulu keçirib
Sədr: Vəkillik institutunun inkişafı və möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
