Şavkat Mirziyoyev Bakıda Zəfər parkını ziyarət edib - YENİLƏNİB
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Bakıda Zəfər parkını ziyarət edib.
"Sizinxeber.az" xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
"Sizinxeber.az" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.
Oxşar xəbərlər
Şavkat Mirziyoyev Bakıda Zəfər parkını ziyarət edib
Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət edib
Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət edib
Qvineya-Bisau Prezidenti Bakıda Zəfər parkını ziyarət edib
Şimali Makedoniya Prezidenti Bakıda Zəfər parkını ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Xabi Alonso “Çelsi”nin baş məşqçisi olacaq
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
