Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatması bütün region üçün faydalıdır - RƏY
Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatması bütün region üçün faydalıdır - RƏY
Azərbaycan və Özbəkistan arasındaki münasibətlər son illər ərzində tarixi dönüş yaşayaraq strateji müttəfiqlik səviyyəsinə çatmışdır.
Bunu "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, 2025-ci il iyulun 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatı bu münasibətlərin əlamətdar mərhələsini təsdiq etdi. "Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir" bəyanatı iki ölkə arasındaki əlaqələrin yeni keyfiyyət səviyyəsini əks etdirir.
Deputat bildirib ki, Azərbaycan və Özbəkistan keçmiş SSRİ çərçivəsində uzun müddət ortaq dövlət quruluşunda yaşamış, oxşar təcrübələr keçirmiş ölkələrdir:
"Hər iki ölkə 1991-ci ildə müstəqillik qazandıqdan sonra öz dövlətçilik ənənələrini qurarkən bir-biri ilə dostluq münasibətlərini inkişaf etdirməyə başlamışdır. 2024-cü ildə Daşkənddə imzalanan qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Müqavilə münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sənəd "istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəd"dir.
Bu müqavilə iki ölkə arasında hərtərəfli əməkdaşlığın hüquqi əsasını yaratmış və münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə qaldırmışdır. Azərbaycan-Özbəkistan münasibətlərinin müasir xarakteri bir neçə əsas prinsip üzərində qurulmuşdur: Hər iki ölkə öz suverenliyini qoruyaraq, eyni zamanda qarşılıqlı maraqları nəzərə alan siyasət həyata keçirir. Münasibətlər yalnız siyasi sahədə deyil, iqtisadi, mədəni, təhlükəsizlik və digər sahələrdə də inkişaf edir".
N.Həmzəyev əlavə edib ki, hər iki ölkə beynəlxalq təşkilatlarda və platformalarda bir-birini dəstəkləyir və koordinasiya edir:
"İyulun 2-də keçirilən görüş həm ikitərəfli formatda, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində reallaşmışdır. Bu, münasibətlərin həm bilateral, həm də multilateral xarakter daşıdığını göstərir və regional əməkdaşlığın sistemli xarakter daşıdığına dəlalət edir. Azərbaycan-Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz və Orta Asiya regionlarında yeni geopolitik reallığın yaranmasına səbəb olur. Bu münasibətlər regional stabilliyin təmin edilməsində mühüm rol oynayır və başqa ölkələr üçün də əməkdaşlıq nümunəsi yaradır. İki ölkənin müttəfiqliyi yalnız regional deyil, həm də beynəlxalq miqyasda əhəmiyyətlidir. Bu, həm Avrasiya məkanında, həm də qlobal platformalarda hər iki ölkənin mövqelərinin gücləndirilməsinə kömək edir".
Parlament üzvünün sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur:
"Enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye və digər sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi inkişafına töhfə verir. Ərazi baxımından Azərbaycan Qafqazda, Özbəkistan isə Orta Asiyada strateji mövqedə yerləşir. Bu, nəqliyyat dəhlizlərinin inkişafı və logistika sahəsində əməkdaşlıq üçün əlverişli şərait yaradır. Türk xalqları olan azərbaycanlı və özbəklər arasında dərin tarixi və mədəni bağlar mövcuddur. Dil, mədəniyyət və ənənələr sahəsində oxşarlıqlar mədəni əlaqələrin inkişafı üçün möhkəm təməl yaradır.
Regional təhlükəsizlik məsələləri, iqtisadi qeyri-sabitlik və digər problemlər hər iki ölkə üçün ortaq çağırışlardır. Bu problemlərin həlli üçün koordinasiyalı yanaşma tələb olunur. Odur ki, Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatması təkcə iki ölkə üçün deyil, bütün region üçün mühüm hadisədir. Bu münasibətlər regional stabilliyin təmin edilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və beynəlxalq arenada mövqelərin gücləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.
Gələcəkdə bu münasibətlərin daha da dərinləşəcəyi və yeni sahələri əhatə edəcəyi gözlənilir. Əsas şərt hər iki tərəfin qarşılıqlı maraqları əsasında səmərəli əməkdaşlığı davam etdirməsi və regional problemlərin həlli üçün konstruktiv yanaşma nümayiş etdirməsidir. Qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçən bu tarixi görüş Azərbaycan-Özbəkistan münasibətlərinin gələcəyi üçün yeni imkanların açılmasına və regional əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək".
