Əfqanıstan ECO-nun Xankəndidə keçiriləcək sammitinə yüksək vəzifəli nümayəndə heyəti göndərib
Əfqanıstan Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə baş nazirin iqtisadi məsələlər üzrə müavini Əbdül Qəni Baradarın rəhbərlik etdiyi yüksək vəzifəli nümayəndə heyəti ilə təmsil olunacaq.
Bu barədə “Sizinxeber.az” baş nazir müavininin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, nümayəndə heyəti artıq Azərbaycana yola düşüb. İkigünlük sammit ərzində Baradar tədbirin ümumi sessiyasında çıxış edəcək, həmçinin Azərbaycan və digər ölkələrin bir sıra rəsmi şəxsləri ilə ikitərəfli görüşlər keçirəcək.
Əfqanıstan mediasının məlumatına görə, Azərbaycan tərəfi ilə danışıqlar zamanı Baradar ticarət və regional kommunikasiyaların inkişafı da daxil olmaqla, müxtəlif sektorlarda əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.
Gülnar Mahmudova
Oxşar xəbərlər
Azərbaycan ABŞ-də keçiriləcək regional maliyyə konfransında təmsil olunacaq
Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya səfər edəcək
“Taliban” ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək
Əfqanıstan BRICS sammitində iştirak edə bilər
MSK nümayəndə heyəti TDT-yə üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının təsisində iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
