Jan-Jakob Bisep: Biz müstəmləkə irsindən xilas olmaq əzmindəyik
sizinxeber.az xəbər saytı

Jan-Jakob Bisep: Biz müstəmləkə irsindən xilas olmaq əzmindəyik


Biz müstəmləkə irsindən xilas olmaqda qətiyyətliyik - "Müstəmləkəçiliyə yox" şüarı sadəcə bir sloqan deyil, Qvadelup xalqının şüurlu siyasi mövqeyidir.

“Report” xəbər verir ki, bunu Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyinin (UPLG) baş katibi Jan-Jakob Bisep Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı konfransda bildirib.

"Biz artıq xalqımızın müstəmləkəçilik zülmü altında yaşamasına yol verə bilmərik. Biz susmaq niyyətində deyilik və susmayacağıq. Biz ədalət və həqiqət axtarırıq. Bu gün Bakıda keçirilən konfrans kimi tədbirlərdə iştirakımız onu göstərir ki, bizdə inam, ümid və müstəmləkə irsindən xilas olmaq üçün əlimizdən gələni etmək əzmi yaşayır", - o vurğulayıb.

Göstərilən dəstəyə görə Azərbaycana və Bakı Təşəbbüs Qrupuna minnətdarlığını bildirən Bisep beynəlxalq həmrəyliyin vacibliyini qeyd edib.
"Azərbaycan xalqı bizim üçün qardaş xalqdır. Coğrafi uzaqlığa baxmayaraq, bizi ümumi məqsəd birləşdirir – bu, ədalət uğrunda mübarizədir", - o bildirib.

Oxşar xəbərlər

Qvadelup Beynəlxalq Cəbhəsi: Biz Azərbaycanla birlikdə ədalət axtarışındayıq
Bakıda Qvadelupun dekolonizasiyası ilə bağlı konfrans keçiriləcək
Abbas Abbasov: Qvadelupun müstəqilliyinə beynəlxalq hüquq çərçivəsində nail olunmalıdır
Onlar yalnız öz dövlətlərinin maraqlarını müdafiə etmək üçün bir araya gəlirlər - Yakop Bisep

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər