Sizinxeber.az » Siyasət » Xarici siyasət » Ceyhun Bayramov Somali XİN başçısı ilə əməkdaşlığı müzakirə edib - YENİLƏNİB-1

Ceyhun Bayramov Somali XİN başçısı ilə əməkdaşlığı müzakirə edib - YENİLƏNİB-1

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdə, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, bu istiqamətdə atılacaq gələcək addımlar, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Somali arasında diplomatik münasibətlərin qurulmasından ötən 20 il müddətində, xüsusilə son illər ərzində ölkələrimiz arasında təmasların artmasının əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığını diqqətə çatdırıb. Azərbaycan və Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadənin vacibliyi vurğulanıb.

Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğu, bu istiqamətdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd olunub.

Beynəlxalq və regional təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı hörmət, dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb. Somalinin 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü müddətində beynəlxalq sülh və təhlükəsizlik səylərinin tərəfimizdən dəstəklənəcəyi ifadə olunub. Bununla yanaşı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin təhsil təqaüd proqramlarından Somalinin faydalana biləcəyi diqqətə çatdırılıb.

Ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində Somali ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Qoşulmama Hərəkatı sədrliyimizin Afrika ölkələri ilə əlaqələrimizin gücləndirilməsinə töhfə verdiyini qeyd edən nazir Ceyhun Bayramov, əməkdaşlığın inkişafının prioritetlərimizdən biri olduğunu və bu istiqamətdə ölkəmizin Afrika İttifaqı Komissiyası münasibətlərinin genişləndirilməsi niyyətində olduğu bildirilib.

Nazir Ceyhun Bayramov həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə son inkişaflar, habelə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri və sülh prosesinin qarşısında duran çağırışlar barədə ətraflı məlumatlandırıb. Somali tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstək minnətdarlıqla xatırlanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra, nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatla çıxış ediblər.

***

12:13

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Somalinin xarici işlər naziri Əhməd Moallim Fiqi arasında təkbətək görüş olub.

APA xəbər verir ki, bu barədə XİN "X" platformasında paylaşımında bildirilib.

***

11.54

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Somalinin xarici işlər naziri Əhməd Moallim Fiqi arasında təkbətək görüşü başlayıb.

APA-nın məlumatına görə, bu barədə XİN "X" platformasında paylaşımında bildirilib.

Xatırladaq ki, bu gün Somalinin xarici işlər naziri Əhməd Moallim Fiqi ölkəmizə səfərə gəlib.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib