Ceyhun Bayramov Polşa səfirini qəbul edib, regional məsələləri müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rafal Poborskini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, görüş zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub.
Tərəflər ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs edərək, bu xüsusda ali səviyyədə həyata keçirilən təmasların və görüşlərin dostluq, hörmət və strateji tərəfdaşlığa əsaslanan əməkdaşlığın inkişafına təkan verdiyini qeyd ediblər.
Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar, təhsil və s. sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub.
Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.
Nazir Polşa səfirinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
Oxşar xəbərlər
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Ceyhun Bayramov Abdullahiyanla Azərbaycanın İrandakı səfirliyinin bərpasını müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov iranlı həmkarına: "Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması sülh prosesinə təhdidir"
Azərbaycanla Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin






