Ceyhun Bayramov: Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişləndirilməsi həmişə prioritet olub
Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişləndirilməsi həmişə prioritet olub. Azərbaycan QH sədrliyi çərçivəsində bu ölkələrin maraqlarını dünyaya çatdırıb.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somali xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd ilə birgə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycanla Afrika İttifaqı arasında sıx əlaqələrə xüsusi diqqət göstərilir:
“Somali XİN başçısının bu səfəri ölkələrimiz arasında dostuq və əməkdaşlığın, artan siyasi dialoqun bariz nümunəsidir. Biz 2024-cü ildə diplomatik münasibətlərin 20 illiyini qeyd edirik. Bir sıra hallarda biz beynəlxalq təşkilatlar çərçivəsində olan əməkdaşlığı qeyd edirik. Bizim son təmasımız İƏT-in Qambiyanın paytaxtında keççirilən konfransı zamanı oldu.
İkitərəfli əlaqələrdən əlavə olaraq, xüsusilə beynəlxalq platformalarda Somali ilə əməkdaşlığa böyük önəm veririk. BMT, İƏT və QH çərçivəsində əməkdaşlıq buna nümunədir. 2025-2026-cı illərdə BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə mən Somalini təbrik edirəm. Bu beynəlxalq miqyasda sülhə və əməkdaşlığa Somalinin verdiyi töhfənin dünya dövlətləri tərəfindən qiymətləndirilməsinin göstəricisidir”.
Oxşar xəbərlər
Ceyhun Bayramov Somalidən olan həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Somalidən olan həmkarı ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramovun Somali XİN başçısı ilə görüşü başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Belarusa səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












