XİN İsraildə olan Azərbaycan vətəndaşlarına müraciət edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
in
2025
12:00

XİN İsraildə olan Azərbaycan vətəndaşlarına müraciət edib

13 in, 2025
12:00
439

XİN İsraildə olan Azərbaycan vətəndaşlarına müraciət edib

İsrail Dövləti və İran İslam Respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İsrailə səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Bu barədə Sizinxeber.az-ya Azərbaycan XİN-dən məlumat verilib.

"Hazırda İsrail Dövlətində olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi
[email protected]
+972 54 539 77 88", - müraciətdə deyilir.

Bizimlə əlaqə saxlayın