XİN Azərbaycan vətəndaşlarına İrana səfərdən çəkinmələrini tövsiyə edib
sizinxeber.az xəbər saytı

XİN Azərbaycan vətəndaşlarına İrana səfərdən çəkinmələrini tövsiyə edib


İsrail Dövləti və İran İslam Respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İranda olan Azərbaycan vətəndaşlarına müraciətində deyilir.

"Hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
[email protected]
+98 905 523 01 07

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu
[email protected]
+961 4 922 066", - müraciətdə deyilir.

Oxşar xəbərlər

XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
Ramil Usubov İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Ramil Usubov ötən gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar