“Haber Global”: Azərbaycan meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verir - VİDEO
Türkiyənin “Haber Global” kanalı Azərbaycanın meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə verdiyi dəstəklə bağlı material hazırlayıb.
Materialda Prezident İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə göndərilən amfibiya təyyarəsindən söz açılıb.
Bildirilib ki, Türkiyənin günlərlə meşə yanğınları ilə apardığı mübarizəyə Azərbaycan da öz dəstəyini əsirgəməyib:
“Prezident İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə göndərilən Be-200 amfibiya təyyarəsi gəldiyi ilk gündən etibarən, İzmir və Muğla bölgələrində yanğınla mübarizəyə ciddi dəstək verir. Bu təyyarə 12 ton su tutumu ilə yanğının nəzarətə götürülməsində əhəmiyyətli rol oynayır və gəldiyi gündən yanan əraziyə 114 ton suyu boşaldıb.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tam hazır vəziyyətdə gözləyir. Türkiyə tərəfi köməyə ehtiyac görərsə, həmin şəxsi heyət yanğının söndürülməsinə cəlb olunacaq”.
Materialda son yanğınların intensivləşdiyi gün iki ölkə başçısının telefon danışığına toxunulub və bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə göndərilən yanğınsöndürmə təyyarəsi hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
“Haber Global”: Azərbaycan meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə səfiri: Həmrəyliyə və dəstəyə görə Azərbaycana təşəkkür edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə meşə yanğınlarına qarşı mübarizə üç gündür davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq FHN-in təyyarəsi Türkiyəyə yola salınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












