Hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
BAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlim zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanı döyüşə hazır vəziyyətə gətirərək mövqe rayonlarına marş edib, start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını yerinə yetiriblər.
Təlimdə vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra edilib.
Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların nəzəri bilik və praktiki vərdişlərinin artırılması, həmçinin hava hücumundan müdafiə bölmələrinin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasıdır.
Oxşar xəbərlər
Hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
Hava hücumundan müdafiə bölmələri S-300 “Favorit” zenit-raket kompleksləri ilə təlim keçirib - VİDEO
Hava hücumundan müdafiə bölmələrinin peşəkarlığı artırılır - VİDEO
Azərbaycan Ordusunda radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir -VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













