Sahibə Qafarova: AŞPA-dakı son proseslər ölkəmizə qarşı yalan kampaniyasının tərkib hissəsidir
sizinxeber.az xəbər saytı

Sahibə Qafarova: AŞPA-dakı son proseslər ölkəmizə qarşı yalan kampaniyasının tərkib hissəsidir


Avropa Şurası Parlament Assambleyasında baş verən son proseslər ölkəmizə qarşı yalan kampaniyasının tərkib hissəsidir.

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycana rəsmi səfərə gələn Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirib.

Onun sözlərinə görə, AŞPA dialoq və əməkdaşlıq platforması olmalıdır. Halbuki AŞPA-da ciddi ikili standartlar müşahidə olunur.

Ermənistanın və onun havadarlarının “etnik təmizləmə”, “Azərbaycanın yeni müharibə istəyi” adı altında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş hərəkətlərini və ölkəmizə qarşı yalan kampaniyasını pisləyən S.Qafarova diqqətə çatdırıb ki, keçən ilin sentyabr ayında həyata keçirilmiş lokal antiterror tədbirlərindən sonra ərazilərə səfər etmiş 3 BMT missiyası, mülki infrastruktur və dinc əhali arasında heç bir itki qeydə almayıb.

Milli Məclisin sədri təəssüflə qeyd edib ki, bəzi dövlətlər və bəzi beynəlxalq təşkilatlar, xüsusən, AŞPA işğal dövründə 750 000 keçmiş məcburi köçkünümüzün hüquqlarının bərpa edilməsi ilə bağlı heç vaxt danışmayıb. Bu gün isə onlar Ermənistandan olan 250 000 azərbaycanlı qaçqının hüquqlarından danışmaqdan imtina edirlər.

Oxşar xəbərlər

Milli Məclisin sədri: Fransa Cənubi Qafqazda sülhün əldə olunmasını istəmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova: Danışıqlar masası arxasında heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AŞPA Bakıya qarşı qətnamə qəbul etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər