Ukrayna silahlı qüvvələri Belqorod istiqamətində Rusiya sərhədini yarmağa çalışır
sizinxeber.az xəbər saytı

Ukrayna silahlı qüvvələri Belqorod istiqamətində Rusiya sərhədini yarmağa çalışır




Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətindən Rusiya sərhədini yarmağa cəhd edir. 

Sizinxeber.az tass-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sərhəddə vəziyyət çətin, lakin idarə oluna biləndir. Hazırda hərbçilər planlı işləri həyata keçirirlər. Qladkov insanları sakit olmağa və yalnız rəsmi mənbələrdən gələn məlumatlara etibar etməyə çağırıb.

Qeyd edək ki, təxminən bir saat əvvəl Mash Telegram kanalı təxminən 500 nəfərdən ibarət Ukrayna Silahlı Qüvvələrinin Nexoteevka kəndi və Şebekino sərhəd-keçid məntəqəsini yarmağa çalışdığı haqda informasiya yaymışdı. 

Sizinxeber.az

Oxşar xəbərlər

Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB-3
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-4
Rusiyanın Belqorod vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var
Ukrayna Belqoroda növbəti dəfə hücum etdi
Ukrayna Rusiyanın üç regionuna PUA-larla hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle