XİN: Ermənistan Zəngəzur dəhlizində nəqliyyat axınına Rusiya FTX-nın nəzarətindən imtina edib
“İrəvanın günahı başqalarının üzərinə atmasının daha bir nümunəsi, indiki halda Rusiyanın…”.
Sizinxeber.az apa-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan XİN-nin Sergey Lavrovun Bakıda “Ermənistan 10 noyabr üçtərəfli razılaşmasını sabotaj edir” açıqlamasına şərhinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan üçün əsas öz uğursuzluqlarına görə başqalarını günahkar çıxarmaqdır.
Zaxarova 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini bir daha Ermənistan tərəfinə xatırladıb. Bildirib ki, kommunikasiyaların açılması üçün görülən böyük iş “İrəvanın sərhəd nəzarəti məsələlərində qeyri-bərabərliyi və Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan tərəfində olmasını təkid etdiyi üçün dayanıb”.
“Beləliklə, İrəvan Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən nəqliyyat axınına nəzarətdən imtina edib və faktiki olaraq işçi qrupda iştirakını dondurub”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Oxşar xəbərlər
Zaxarovadan Ermənistan XİN-ə şillə kimi cavab [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda saxlanılanlar bizim məsələmiz deyil – Zaxarova [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova: Rusiya XİN Buça səfərindən sonra Ermənistan XİN-ə etiraz notası göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Rusiya sərhədçiləri İrəvan hava limanından çıxarılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Ermənistan hakimiyyəti 10 noyabr bəyanatından imtina edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












