Azərbaycan BRICS-ə daxil olmaq üçün müraciət edib - RƏSMİ
sizinxeber.az xəbər saytı

Azərbaycan BRICS-ə daxil olmaq üçün müraciət edib - RƏSMİ




Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib.

Bunu report-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

Xatırladaq ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.

BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

Sizinxeber.az

Oxşar xəbərlər

Azərbaycan BRICS-ə üzvlük üçün müraciət edib - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Argentina Prezidenti ölkəsinin BRICS-ə üzv olmayacağı barədə rəsmi məlumat verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan BRİKS-ə qoşulmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: Azərbaycan Rusiyada və digər platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə XİN başçısı Rusiyaya səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər