Azərbaycan BRİKS-ə qoşulmaq istəyir
sizinxeber.az xəbər saytı

Azərbaycan BRİKS-ə qoşulmaq istəyir




“Azərbaycan BRİKS-ə qoşulmaq istəyir”.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib.
 
“BRİKS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir”, - deyə o bildirib.
 
BRİKS müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub, daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya isə bu ilin əvvəlində təşkilata qoşulub. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib.
BAKU.WS

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub
Malayziya BRİKS-ə üzv olmaq üçün ərizə göndərib
Polad Bülbüloğlu: Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə heç bir dərin ziddiyyət yoxdur
Putin oktyabrda keçiriləcək BRİKS sammitində İranın yeni prezidenti ilə görüşə hazırlaşır
Kreml Putinin Azərbaycana səfər edəcəyi tarixi AÇIQLADI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər