Baş prokuror: “COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq”
sizinxeber.az xəbər saytı

Baş prokuror: “COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq”




BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq.

Sizinxeber.az report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bu gün Naxçıvanda keçirilən "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda" Elmi-Praktiki Konfrans zamanı qeyd edib.

"Bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycan Respublikasında keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq. Beynəlxalq ictimaiyyətin bu barədə yekdil qərarını verməsi dünyada Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir", - deyə Baş prokuror əlavə edib.

Sizinxeber.az

Oxşar xəbərlər

Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Muxtar Babayevlə bağlı SƏRƏNCAM imzaladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər