Özbəkistan Azərbaycandan PUA-ların döyüşlərdə tətbiqini öyrənir
Azərbaycan və Özbəkistan respublikaları arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Özbəkistan hərbi qulluqçuları müasir silahlı münaqişələrdə taktiki pilotsuz uçuş aparatlarının (PUA) istifadəsinin planlaşdırılması və tətbiqi taktikası kursunda iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kursun ilk günündə özbəkistanlı qonaqlara Hərbi Hava Qüvvələrinin tarixi və fəaliyyəti haqqında, həmçinin PUA-ların ənənəvi döyüşlərdə tətbiqi, döyüş uçuşunun təşkili, Azərbaycan Ordusunda mini və mikro PUA-ların tətbiqi mövzularında brifinq təqdim olunub.
Nümayəndə heyətinə Azərbaycan Ordusunun arsenalında yer alan bəzi PUA-lar əyani olaraq nümayiş etdirilib, qurğuların taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun artilleriya bölmələrinin xüsusi təlimi keçirilir
Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir -VİDEO
Azərbaycan Ordusunun artilleriya bölmələrinin - xüsusi təlimi keçirilir - VİDEO
ABŞ və Yaponiya PUA-lar istehsal edəcək
Baş Qərargah rəisi Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













