Dövlət himnimiz Fransanı ayağa qaldırdı - VİDEO
sizinxeber.az xəbər saytı

Dövlət himnimiz Fransanı ayağa qaldırdı - VİDEO




Baku TV-də yayımlanan "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Parisdə Yay Olimpiya Oyunları "France 2" telekanalının təxribatı səbəbi ilə ölkəmiz üçün xoş başlamasa da, sonradan idmançılarımızın əzmi və peşəkarlığı sayəsində qürur və sevinc mənbəyimizə çevrildi.

Paris və Bakı arasında baş verənlərin fonunda idmançılarımızın Fransada himnimizi səsləndirməsi xüsusilə əlamətdar göründü və bu beynəlxalq media resurslarının da nəzərindən yayınmadı. Böyük Britaniyanın "Reuters" xəbər agentliyi "Olimpiadada cüdo üzrə Azərbaycan idmançısı Heydərov 73 kiloqram çəki dərəcəsində qızıl medal qazandı sərlövhəli" xəbər paylaşıb.

Qeyd olunur ki, ötən bazar ertəsi Paris Olimpiadasında cüdo üzrə kişilər arasında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov qızıl medal qazanıb, fransalı Con Benjamin Qaban gümüş, Moldovanı təmsil edən azərbaycanlı Adil Osmanov və yaponiyalı Soiçi Haşimoto isə bürünc medala sahib olublar. Rusiyanın "Moskva Baku" nəşri isə "Bakıdan olan oğlanlarımız - Sergey Strokanın şərhi" başlıqlı xəbər dərc edib.

Məqalədə deyilir ki, 21-ci əsrin ən qalmaqallı Olimpiya Oyunlarından biri olan Parisdə keçirilən Yay Olimpiya Oyunları hələ də unudulmaz anlar və müsbət emosiyalar yaşada bilər. Müəllif qeyd edir ki, Rusiya milli komandasının Olimpiadada iştirak etmək hüququndan məhrum edilməsinə baxmayaraq, onun azarkeşlik həvəsi sönməyib.

Çünki onun üçün təkcə öz ölkəsinin bayrağının ucaldılması və himninin səsləndirilməsi imkanından məhrum olunmuş 15 həmyerlisi deyil, həm də özününkü hesab etdiyi Azərbaycan millisi var.

Ətraflı süjetdə:

Sizinxeber.az
VİDEO

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib
Moldovanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də bürünc medal qazanıb
Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi uğura imza atıb
Hidayət Heydərov olimpiadada qızıl medal qazandı - YENİLƏNİB+VİDEO
Paris-2024-də tarixi gün: Azərbaycan idmançılarından iki medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle