Azərbaycanda “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib, eləcə də bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edib.
Sizinxeber.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Nazirlər Kabineti Əsasnaməyə uyğun olaraq turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi qaydalarını altı ay müddətində təsdiq edib ölkə Prezidentinə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Turizm Agentliyi isə Əsasnamədə nəzərdə tutulmuş normativ hüquqi aktları altı ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
“Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi” "Turizm haqqında” qanuna uyğun olaraq hazırlanıb, turizm və rekreasiya zonalarının yaradılması, idarə edilməsi, turizm mərkəzlərinin formalaşdırılması, eləcə də turizm mərkəzlərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.
Oxşar xəbərlər
Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Hindistanda keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taksi sürücülərinin NƏZƏRİNƏ: “Şəhadətnamələrin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda COP29-un təşkili ilə əlaqədar sahibkarlara verilmiş kreditlər üzrə faizlər subsidiyalaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












