FHN naziri Ramiz Mehdiyevin qohumunu işdən çıxardı
sizinxeber.az xəbər saytı

FHN naziri Ramiz Mehdiyevin qohumunu işdən çıxardı




Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində daha bir kadr dəyişikliyi baş tutub.

Sizinxeber.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi polkovnik Elvin Xanlar oğlu Mehdiyev vəzifəsindən azad edilib.

Nazir onu başqa vəzifəyə keçirib.

Qeyd edək ki, polkovnik Elvin Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu, general-mayor Teymur Mehdiyev isə fövqəladə nallar nazirinin müavinidir.

Onu da əlavə edək ki, Elvin Mehdiyev əvvəllər Dövlət Gömrük Komitəsində də yüksək vəzifədə çalışıb.

Sizinxeber.az

Oxşar xəbərlər

Nazir polkovniki birinci müavin təyin etdi
Ramiz Zeynalova yeni müavin TƏYİN EDİLDİ
"Qarabağ" ordenli polkovnik rektor təyin edildi
Azərbaycanda orta məktəb yanıb
Bakıda ticarət mərkəzində yanğın olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər