Məhkəməyə şikayət etmək hüququ təmin olunmaqla yol hərəkəti qaydaları təkmilləşdiriləcək
sizinxeber.az xəbər saytı

Məhkəməyə şikayət etmək hüququ təmin olunmaqla yol hərəkəti qaydaları təkmilləşdiriləcək


Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etmək hüququ təmin olunmaqla yol hərəkəti qaydaları təkmilləşdiriləcək.


Sizinxeber.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi haqqında” imzaladığı Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etmək hüququ təmin olunmaqla yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə protokollar və qərarların rəsmi qaydada verilməsi prosedurlarının elektronlaşdırılması istiqamətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Oxşar xəbərlər

Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinə dair tələblər müəyyən ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dərman vasitələrinin təqib və izləmə sistemi yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan layihəyə start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq etmələri ilə bağlı tədbirlər görülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər