Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinə dair tələblər müəyyən ediləcək
sizinxeber.az xəbər saytı

Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinə dair tələblər müəyyən ediləcək


Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerləri müəyyən ediləcək.


Sizinxeber.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi haqqında” imzaladığı Fərmanda əksini tapıb.


Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə qaydalarını, habelə kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədlərini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Oxşar xəbərlər

Məhkəməyə şikayət etmək hüququ təmin olunmaqla yol hərəkəti qaydaları təkmilləşdiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pirsaatda 300 hektardan çox torpaq günəş elektrik stansiyası üçün ayrılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP: Güclü külək yollarda qəza riskini artırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlik: Elektrik mühərrikli avtomobillərin idxalında artım müşahidə olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edilib, bəziləri isə artırılıb - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər