Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan layihəyə start verilib
sizinxeber.az xəbər saytı

Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan layihəyə start verilib


2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq, iyulun 22-dən etibarən növbəti ümumrespublika miqyaslı tədbirlərə - Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrə start verilib.


Sizinxeber.az-nın xəbərinə görə, İyulun 22-də “JW Marriott Abşeron Bakı” otelində baş tutan layihənin açılış mərasimi və ilk seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki hüquqlarının realizə olunmasında qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyini diqqətə çatdırıb.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov parlament seçkilərinin ilk dəfə azad olunmuş ərazilərdə keçiriləcəyini qeyd edib. Onun sözlərinə görə, seçki hüquqlarının pozulduğunu iddia edən şəxslərə məhkəmələrə müraciət etmək imkanı yaradır. İlkin olaraq bu müraciətlərə apelyasiya məhkəmələrində baxılır: “Seçki Məcəlləsi seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət vermək hüququ olan şəxslərin geniş əhatə dairəsini müəyyən edir. Bu şəxslərin dairəsinə: seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları aiddir. Şikayət iki formada - inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Başqa sözlə, şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, məhkəməyə şikayət edilə bilər. Seçki Məcəlləsində şikayətlərlə bağlı konkret müddətlər də müəyyən olunub. Belə ki, maraqlı şəxslər mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxır. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər. Apellyasiya instansiyası məhkəmələrində şikayətlərə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən baxılır. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Məhkəmələr bu seçkilərdə də üzərlərinə düşən vəzifələri həyata keçirməyə hazırdırlar”.


Açılış nitqlərinin ardınca Mərkəzi Seçki Komissiyası və Ali Məhkəmə təmsilçilərinin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında araşdırılması prinsipləri və xüsusiyyətləri”, “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri” mövzularında təqdimatları dinlənilib. İştirakçılara Seçki Məcəlləsinin müraciət və şikayətlərə dair tələbləri, habelə seçki hüququnun müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi barədə ətraflı məlumat verilib və meydana çıxan suallara aydınlıq gətirilib.


Ali Məhkəmənin hakimləri, Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin sədrləri və hakimləri, Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, eləcə də region üzrə seçki dairələri dairə seçki komissiyaları sədrlərinin də qatıldığı birinci seminar-müşavirəyə seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı fikir mübadiləsi və müzakirələrdən sonra yekun vurulub.
Layihə çərçivəsində seminar-müşavirələrin növbəti mərhələsinin iyulun 23-də Gəncə, Naxçıvan, Şəki və Şirvanda regionlar üzrə müvafiq məhkəmə orqanları və seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməklə reallaşdırılması nəzərdə tutulur.

Oxşar xəbərlər

YAP Mərkəzi Aparatında növbədənkənar seçkilərlə əlaqədar müşavirə keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda seçki hüququ ilə bağlı seminar keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali Məhkəmə ər-arvadın əmlakının bölünməsi ilə bağlı mübahisələrə dair qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər