Prezident İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İyulun 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumat yayıb.
Dövlətimizin başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb.
Şavkat Mirziyoyev göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Prezidentlər bu il iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün və bu tədbir çərçivəsində təmasların əhəmiyyətini qeyd ediblər.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
İlham Əliyev Özbəkistanın Prezidentinə zəng vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan Prezidenti: Füzulidə məktəbin açılışında iştirakımız münasibətlərimizdə parlaq iz buraxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












