Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbin kəsənlər inzibati həbs olunacaq
Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə edən şəxslər inzibati həbs olunacaq.
Sizinxeber.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 189-3-cü maddədə əksini tapıb.
Qanuna əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə –
fiziki şəxslər min manat məbləğində cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər iki min manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erkən evliliklə bağlı mərasimlərin keçirildiyi restoran və şadlıq sarayları cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər iki min manat cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
16 yaşına çatmayan şəxsləri nişanlamaya görə inzibati həbs tətbiq olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manat cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












