aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək
sizinxeber.az xəbər saytı

Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək


Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək.

"Sizinxeber.az"un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-3-cü maddə (Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə) əlavə edilir.

Yeni maddəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.

Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manat məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Oxşar xəbərlər

Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manat cərimələnəcək
Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlananlar 2 min manat cərimələnəcək, həbs olunacaq
Bu sürücülərlə müqavilə bağlayanlar cərimələnəcək
Sabahdan buraxılış vəsiqəsi olmadan taksiylə sərnişin daşıyanlar 2000 manatadək cərimələnəcək
Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər həbs olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər