Prezident: Biz uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olmuşuq
Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olur. Yəni, faktların manipulyasiyası, yanlış narrativlər, biz uzun illər ərzində bunun qurbanı olmuşuq.
Sizinxeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Onlardan biri Ermənistan ilə Azərbaycan arasında olan münaqişə və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq bir şəkildə təqdim edirdilər”.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: Rusiya ilə İkitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI
XI Qlobal Bakı Forumu başa çatıb
II Şuşa Qlobal Media Forumu işə başlayır - YENİLƏNİB-1 - VİDEO
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













