Prezident İlham Əliyev telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
yan
2025
00:50

Prezident İlham Əliyev telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxunub

08 yan, 2025
00:50
863

Prezident İlham Əliyev telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxunub

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan bir məsələyə toxunub.

APA xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və ya dörddür. Müxtəlif şəxslərdən bizim müxtəlif nümayəndələrə müraciətlər daxil olub və həmişə cavab verilib: “Biz hazırıq”. Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür”.

Prezident bu yaxınlarda yenə danışmaq və müzakirə aparmaqla bağlı növbəti, verbal diplomatik depeşanın daxil olduğunu diqqətə çatdırıb.

Bizimlə əlaqə saxlayın