Sumqayıt şəhəri və Saray qəsəbəsini birləşdirəcək dəmiryol xətti və körpünün tikintisi üçün vəsait ayrılıb
Prezident İlham Əliyev “Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında” Sərəncam imzalayıb.
Sizinxeber.az-nın xəbərinə görə, Sərəncama əsasən, Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi məqsədilə 9.960.000,0 (doqquz milyon doqquz yüz altmış min) manat vəsait Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Oxşar xəbərlər
Sumqayıt və Sarayda kirayə mexanizmi çərçivəsində daha 549 mənzil təqdim ediləcək
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü sökülür
Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib
