Aviqdor Liberman Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İsrail Knessetinin deputatı, “İsrail Bizim Evimizdir” partiyasının sədri Aviqdor Liberman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab İlham Əliyev.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu il Sizin Azərbaycan Respublikasına rəhbərliyinizin 20 ili tamam oldu. Siz atanızın, əfsanəvi dövlət xadimi Heydər Əliyevin siyasətini davam etdirirsiniz.
Ölkəniz Sizin rəhbərliyinizlə siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə böyük uğurlar qazanıb. Mən Bakıda tez-tez oluram və Sizin hakimiyyətiniz dövründə Azərbaycanda baş verən böyük dəyişikliklərin şahidiyəm.
Sizə möhkəm cansağlığı arzulayıram. Bizdə - İsraildə deyildiyi kimi, 120 il yaşayasınız!
Sizə gözəl ölkənizin rifahı naminə yeni-yeni uğurlar diləyirəm.
Azərbaycan Respublikasına sülh və tərəqqi arzulayıram".
Oxşar xəbərlər
Nursultan Nazarbayev Azərbaycan Prezidentinə təbrik ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şamil Ayrım Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin lideri Prezident İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













