Prezident: Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadəcə təhsil məsələsi deyil, bu bizim birliyimizin növbəti simvoludur
sizinxeber.az xəbər saytı

Prezident: Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadəcə təhsil məsələsi deyil, bu bizim birliyimizin növbəti simvoludur


Təhsillə bağlı bu gün önəmli bir anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür.

Sizinxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm də Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır. Bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır. Yad təsirdən uzaq olmalıdır. Bilikli, savadlı, vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadəcə olaraq təhsil məsələsi deyil, bu bizim birliyimizin növbəti simvoludur. Əminəm ki, bu universitet yaxın gələcəkdə nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək”, - Prezident qeyd edib.

Oxşar xəbərlər

Prezident: Azərbaycandan Türkiyəyə təbii qazın ixrac həcminin artırılması nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət başçısı: TDT-nin Şuşa Zirvə görüşündə Şimali Kipr Prezidenti də iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: Türkiyə bu gün dünya çapında söz sahibidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər