Dövlət başçısı: TDT-nin Şuşa Zirvə görüşündə Şimali Kipr Prezidenti də iştirak edəcək
sizinxeber.az xəbər saytı

Dövlət başçısı: TDT-nin Şuşa Zirvə görüşündə Şimali Kipr Prezidenti də iştirak edəcək


Bu gün söhbət əsnasında mən demişdim ki, ondan (Qarabağ müharibəsindən, - red.) əvvəl də Türkiyə-Azərbaycan münasibətləri qardaşlıq münasibətləri idi.

Sizinxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu münasibətləri yeni yüksək zirvəyə qaldırdı. Bu gün müttəfiqlik bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq, biz öz gücümüzə güc qatırıq. Təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib xalqların bir arada olması hər bir Türk Dövlətləri Təşkilatının üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə bağlı da geniş müzakirə aparıldı. Şuşada keçiriləcək TDT-nin qeyri-rəsmi Zirvə görüşü bu ilin iyulunda keçiriləcək. Eyni zamanda, bu görüşdə müşahidəçi üzv Şimali Kipr Türk Respublikasının Prezidenti də mənim dəvətimlə iştirak edəcək. Bu bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”, - Prezident qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək
Azərbaycan Prezidenti: Türkiyə bu gün dünya çapında söz sahibidir
Şamil Ayrım Azərbaycan Prezidentini təbrik edib
Prezident: Azərbaycan xalqı Qarabağ müharibəsi dövründə Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq
DYP: Güclü külək yollarda qəza riskini artırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər