Prezident Azərbaycanın səyləri nəticəsində bölgədə yeni reallıqların yarandığını Blinkenin diqqətinə çatdırıb
Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı regionda artıq sülhün mövcud olduğunu deyib.
APA xəbər verir ki, dövlət başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgədə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına soy qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.
Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib.
Oxşar xəbərlər
ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng edib
Dövlət başçısı: Keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!
Səfir: Avstraliya Ermənistan-Azərbaycan normallaşmasında maraqlıdır
Prezident TBMM-nin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
