Bayram Beqay Prezident İlham Əliyevə zəng edib
sizinxeber.az xəbər saytı

Bayram Beqay Prezident İlham Əliyevə zəng edib


Avqustun 12-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Sizinxeber.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, Bayram Beqay Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, həmçinin ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin və digər sənədlərin imzalanması ilə bağlı dövlət başçısını təbrik edib.

O, bu prosesdə nümayiş etdirdiyi əzmə və liderliyə görə Azərbaycan Prezidentinin rolunu xüsusi vurğulayıb. Eyni zamanda, Bayram Beqay ABŞ Prezidentinin prosesə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Dövlət başçısı regionda sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin də məhz Azərbaycan olduğunu vurğulayıb, Vaşinqtonda keçirilmiş görüş əsnasında qəbul edilmiş sənədlərin sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxunub. Prezident İlham Əliyev bu prosesə göstərdiyi dəstəyə görə ABŞ Prezidentinin rolunu qeyd edib.

Telefon söhbəti zamanı Azərbaycanın ilə Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib.

Oxşar xəbərlər

Bayram Beqay: Albaniya Azərbaycanla tərəfdaşlıq münasibətlərini gücləndirməyə hazırdır
Bayram Beqay: Albaniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir
İordaniya Kralı Prezident İlham Əliyevə zəng edib
Bayram Beqay: Azərbaycanla uzun müddətli dostluq qarşılıqlı əməkdaşlıqda əksini tapır
Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle