Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM
Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək.
Sizinxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18,415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Oxşar xəbərlər
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir
"Azərikimya"nın 30 hektara yaxın torpaq sahəsi Sumqayıt Kimya Sənaye Parkının istifadəsinə verilib
"Azərkimya"nın 30 hektara yaxın torpaq sahəsi Sumqayıt Kimya Sənaye Parkına verilib
Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyası tikiləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













