Baş nazir Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 25-də Serbiyanın mədəniyyət naziri, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən "Sizinxeber.az"a məlumat verilib.
Bildirilib ki, görüşdə zəngin tarixə malik Azərbaycan-Serbiya dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Həmçinin dövlət başçıları arasında əldə olunan razılaşmaların praktiki icrasının qarşılıqlı faydalı tərəfdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Tərəflər Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının önəminə toxunublar.
Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
Oxşar xəbərlər
Azərbaycanla Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Azərbaycan və Serbiya Hökumətlərarası Komissiyanın iclası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Serbiyanın qarşılıqlı investisiya qoyuluşu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiya aviaşirkəti bu ilin sonuna qədər Bakıya uçuşlara başlaya bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: "Serbiya və Azərbaycan milli kitabxanaları arasında Anlaşma Memorandumu imzalanacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












