Sarıcalı sakini: Sevinirəm ki, Ağdamın yenidən qurulmasında mənim də əməyim var
Ağdamın Sarıcalı kəndinin sakini rayonun yenidən qurulmasında onun da əməyinin olduğuna sevindiyini bildirib.
Bu barədə "Report"un Ağdama ezam olunan əməkdaşı ilə söhbətdə rayonun Sarıcalı kənd sakini Əli Rzayev deyib.
O, daha əvvəl görmədiyi kəndlərinə qayıdaraq əmək fəaliyyətinə başlamağın bir vaxtlar xəyal olduğunu, lakin artıq gerçəkləşdiyini vurğulayıb:
“Mən əvvəllər Sarıcalını görməsəm də, valideynlərim kəndimiz və Ağdam barədə çox danışıblar. Mən düşünməzdim ki, barəsində valideynlərimdən eşitdiyim kəndimizdə yaşayaraq doğma rayonda işləyəcəm. Şükür, artıq yurdumuza qayıtmışıq, öz evimizdə-elimizdə çalışırıq.
Bir ilə yaxındır ki, Ağdam Sənaye Parkında fəaliyyət göstərən METKONS şirkətində qaynaqçı işləyirəm. Bir müddət əvvəl isə kəndimizə köçmüşük. Kəndimiz rayon mərkəzinə çox yaxındır. Əvvəl uzun yol qət edib Bərdəyə getməli olurdum, bunun da bəzi çətinlikləri vardı. Amma indi demək olar ki, bu çətinliklər aradan qalxıb.
İnşallah, digər həmyerlilərim də tezliklə köçüb gələr. Çox böyük qürur hissi keçiririk. Buraya köçüb yaşamaqla yanaşı, Ağdamın yenidən qurulmasında mənim də əməyimin olacağına çox sevinirəm”.
Oxşar xəbərlər
Sarıcalı sakini: Ağdamın yenidən qurulmasında əməyimin olmasına sevinirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkün: Əlacım olsaydı, Ağdamın hər yerini ayaqyalın gəzərdim [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamın Sarıcalı kəndində 32 il sonra ilk dəfə dəfn mərasimi həyata keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sarıcalı sakini: Arzu edirəm bütün məcburi köçkünlər yurdlarına qayıtsınlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sarıcalı sakini: Ağdamdan 13 yaşımda çıxmışdım, indi 5 uşaqla qayıdıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












