Növbədənkənar parlament seçkiləri ilə bağlı “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb
sizinxeber.az xəbər saytı

Növbədənkənar parlament seçkiləri ilə bağlı “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb


2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb.

"Sizinxeber.az" xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin (DİN) birgə hazırladığı kitabça seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılığının artırılmasına hədəflənib.

Nəşrdə Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü, habelə rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri, xidməti vəzifələrinə uyğun həyata keçirəcəyi tədbirlər ətraflı izah olunub.

Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında tərtib olunan kitabça polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK ilk dəfə Ekspert qruplarının üzvləri üçün yaddaş kitabçası hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev 92,12 % səslə qalib oldu - MSK-dan yekun nəticə [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN: "Səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər