Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə martın 4-19-da keçirilən ixtisas imtahanının şifahi müsahibə mərhələlərinin açıqlanıb.
Kollegiyadan "Report"a verilən məlumata görə, şifahi müsahibə mərhələsində 114 vəkilliyə namizəd iştirak edib.
İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 104 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb.
Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi aprelin 30-u saat 09:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlayacaq.
Oxşar xəbərlər
Vəkilliyə qəbulla bağlı sənəd qəbuluna başlanılır
Vəkilliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər elektron formada həyata keçiriləcək
Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb
İki vəkilin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət ediləcək
Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













