Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
apr
2025
11:00

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı açıqlanıb

21 apr, 2025
11:00
586

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı açıqlanıb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı açıqlanıb.

Bu barədə "Report"a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Kollegiya ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 06.07.2025-ci il tarixdə saat 10:00-da ARVK üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulur.

Belə ki, DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək. Namizədlər buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl dim.gov.az saytından əldə edə bilərlər.

Həmçinin namizədlərdən müəyyən olunan vaxtdan ən geci bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.

Əlavə olaraq bildirilib ki, hazırda sənəd qəbulu elektron (https://barassociation.az/candidate-login) qaydada davam edir. 22 iyun 2025-ci il tarixədək qeydiyyatdan keçməmiş şəxslər qeydiyyatdan keçə bilər. Bu tarixədək qeydiyyatdan keçmiş şəxslər isə ödəniş edib və ya öz elektron müraciətlərini təxirə sala bilər.

Bizimlə əlaqə saxlayın