AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun məhkəməsində zərərçəkən barədə məcburi gətirilmə qərarı çıxarılıb
Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər iştirak etməyib.
Bildirilib ki, zərərçəkən Babək Məmmədzadə ölkə xaricindədir. Ona görə də prosesdə iştirak edə bilmir.
Hakim zərərçəkən barədə məcburi gətirilmə ilə bağlı qərar çıxarılmasının zəruri olduğunu deyib. Həmçinin, prosesdə zərərçəkən Yadigar İsrafilov barədə məcburi gətirilmə qərarı çıxarılıb.
Növbəti proses aprelin 24-nə təyin olunub.
Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.
İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.
O, ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.
Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nizami Alışana investisiya üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dörd milyonluq dələduzluqda təqsirləndirilən Nizami Alışanın məhkəməsinə jurnalistlər buraxılmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Üç nəfərin 4 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dörd milyonluq dələduzluqda təqsirləndirilən Nizami Alışanın məhkəməsində ittiham aktı elan olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazirdən pensiyalarla bağlı şad xəbər
-
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Şəhidlər xiyabanını ziyarət edib
-
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
-
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
-
Şəhid məzarlarından gitara, çəkmə və hərbi dəbilqə oğurladılar: Saxlanılan şəxslərin GÖRÜNTÜLƏRİ












