Bu il Bakıda Ombudsmanların Simpoziumu keçiriləcək
sizinxeber.az xəbər saytı

Bu il Bakıda Ombudsmanların Simpoziumu keçiriləcək


Bu il Bakıda Milli İnsan Hüquqları Günü münasibətilə iyunun 18-də Ombudsmanların Simpoziumu keçiriləcək.

Bu barədə "Report"a müsahibəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib və bu çərçivədə bir sıra tədbirlərin təşkili planlaşdırılır:

"18 İyun – Milli İnsan Hüquqları Günü münasibətilə Bakıda Ombudsmanların Simpoziumunu keçirməyi və bu tədbirə beynəlxalq tərəfdaşlarımızı, müxtəlif ölkələrin ombudsmanlarını və milli insan hüquqları institutlarının rəhbərlərini dəvət etməyi planlaşdırırıq. Simpoziumda aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, eləcə də yerli və xarici media nümayəndələrinin iştirakı gözlənilir".

Ombudsmanın sözlərinə görə, simpoziumda qanunun aliliyi və yaxşı idarəetmənin gücləndirilməsi kimi vacib məsələlər müzakirə ediləcək.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanın Ombudsmanı: İqlim dəyişmələri ciddi insan hüquqları problemidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Konfransında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oktyabrda Bakıda milli insan hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbinə Əliyeva: Ağdamda olan xarici qonaqlar erməni cinayətlərinin ağır nəticələrini canlı müşahidə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər