Ombudsman Bakıda saxlanılan hərbi cinayətdə təqsirləndirilən erməniəsilli şəxslərə baş çəkib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda saxlanılan hərbi cinayətdə təqsirləndirilən erməniəsilli şəxslərə baş çəkib.
"Report" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmədə ombudsmanla bərabər onun İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri iştirak ediblər.
Başçəkmə zamanı bir çox təqsirləndirilən şəxs, o cümlədən R.Vardanyan, A.Arutunyan, A.Qukasyan, B.Saakyan, D.Babayan və digərləri Ombudsman tərəfindən fərdi qaydada qəbul edilib. Konfidensial qəbul zamanı həmin şəxslərin müraciətləri dinlənilib, hüquqlarının təmini vəziyyəti yerində öyrənilib.
Milli Preventiv Qrupun ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı fərdi qaydada dinlənilən və tibbi müayinə olunan şəxslər, o cümlədən R.Vardanyan və B.Saakyan saxlandıqları dövrdən onlara humanist münasibət göstərildiyini, hər hansı bir ayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti və tibbi xidmətlə təmin olunduqlarını, Ombudsman və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəfələrlə qəbul edildiklərini bildirərək növbəti qəbula görə təşəkkür ediblər.
Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanılan şəxslərə münasibətdə də heç bir fərq qoyulmadan hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin, hüquqi yardıma və informasiyaya çatım imkanlarının təmin olunduğu müəyyən edilib.
Qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı qanunvericilik aktları, Ombudsmanın “916” Çağrı Mərkəzi vasitəsilə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.
Oxşar xəbərlər
Ombudsmanın Milli Preventiv Qrupu saxlama yerlərinə baş çəkib
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib
Ombudsmanın nümayəndələri "Abzas Media" işi üzrə həbs edilənlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
