Keçən il prokurorluq orqanları inzibati xəta haqqında işlər üzrə 3 561 icraat başladıb
Keçən il prokurorluq orqanları inzibati xəta haqqında işlər üzrə 3 561 icraat başladıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Baş prokuror bildirib ki, ötən il prokurorluq orqanları inzibati xəta haqqında işlər üzrə 3 min 561 icraat başladıb, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında digər qurumların qəbul etdiyi 122 qərar ləğv edilib.
Bundan başqa, hesabat dövründə müvafiq təşkilatlar, fiziki və vəzifəli şəxslər tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, eləcə də onları qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror təsir tədbiri qismində 4 min 97 təqdimat verilib, 626 xəbərdarlıq edilib.
Oxşar xəbərlər
Bir ildə prokurorluq tərəfindən inzibati xətalar üzrə 3561 icraat başlanıb
İnzibati xəta haqqında iş üzrə video çəkilişi mediaya təqdim edənlər 1500 manatadək cərimələnəcək
“Cinema Plaza” 20 min manat cərimələnib
Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam edir
Baş prokuror: Keçən il Azərbaycanda qeydə alınan cinayətlər azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













